Mingəçevirdə DYP əməkdaşları şagirdlərlə görüşüb


Mingəçevir şəhərində yerləşən Təbiət-Riyaziyyat və Humanitar Elmlər Təmayüllü Liseydə yol hərəkəti qaydalarının gənclər arasında təbliğinin gücləndirilməsinə həsr olunmuş maarifləndirici tədbir keçirilib.
Yeniavaz.com xəbər verir ki, tədbirdə Mingəçevir şəhər Polis şöbəsinin yol polisi bölməsinin əməkdaşları,liseyin şagirdləri və müəllimlər iştirak edib.
Çıxış edən Mingəçevir Polis Şöbəsinin Yol Polisi bölməsinin təbliğat və təşviqat üzrə inspektoru Xətai Məmmədov  bildirib ki, belə tədbirlərin keçirilməsində əsas məqsəd yol hərəkətində hərəkətin təhlükəsizliyinin təmin edilməsi, eləcə də təbliğat işlərini gücləndirməklə baş verən yol-nəqliyyat hadisələrinin qarşısını almaqdır.
O qeyd edib ki, uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktiki tədbirlərin gücləndirilməsi, habelə ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin effektliyinin yüksəldilməsini diqqət mərkəzindədir: “Məhz bu məqsədlə yol polisi tərəfindən şəhər məktəblərində mütəmadi olaraq tədbirlər keçirilir, azyaşlılarla maarifləndirmə xarakterli görüşlər təşkil olunur”.
X. Məmmədov yol hərəkəti qaydalarının tələblərinin yerinə yetirilməsində nizam-intizama dəvət edilməsi məqsədilə gəncləri DYP ilə birgə bu istiqamətdə keçirilən tədbirlərdə, təbliğat işinin gücləndirilməsində yaxından iştirak etməyə dəvət edib.
Şagirdlərə izah olunub ki, nizamlanmayan yerlərdən keçmək olmaz, yeraltı və yerüstü piyada keçidlərindən istifadə etmək lazımdır.
Sonda yol hərəkət qaydaları ilə bağlı şagirdləri maraqlandıran suallara aydınlıq gətirilib.
 
Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top