Aparıcı canlı yayımda sinif yoldaşının şəhid olması xəbərini oxudu, ağladı - VİDEO


Türkiyədə yayımlanan “Kocaeli Tv”nin xəbərlər aparıcısı sinif yoldaşının şəhid olması xəbərini oxuyarkən çətin anlar yaşayıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, türk ordusunda xidmət edən Kamuran Ablak adlı zabitin səhhəti hərbi əməliyyat zamanı anidən pisləşib. Təcili xəstəxanaya çatdırılan hərbçi bütün müdaxilələrə baxmayaraq dünyasını dəyişib. Türkiyənin Kocaeli televiziyası günorta vaxtı bəhs edilən xəbəri yayımlayarkən aparıcı hislərinə hakim ola bilməyib. Şəhid olan zabitin sinif yoldaşı olduğunu söyləyən xanım aparıcı "ruhu şad olsun" deyərək canlı yayımda göz yaşlarını saxlaya bilməyib.

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top