Bu gün ABŞ-ın paytaxtı Vaşinqtonda konqresin binası Kapitolidə qondarma Dağlıq Qarabağ Respublikasının (DQR) müstəqilliyi qeyd olunacaq.
Yeniavaz.com xəbər verir ki, tədbir Vaşinqton vaxtı ilə saat 18:00-da (Bakı vaxtı ilə 31 oktyabr saat 02:00) başlayacaq və iki saat davam edəcək. ABŞ Nümayəndələr Palatasında keçiriləcək tədbirdə qondarma DQR-nin xarici işlər naziri Masis Mailiyanın rəhbərlik etdiyi nümayəndə heyəti də iştirak edəcək və M. Mailiyan əsas məruzəçi kimi çıxış edəcək.
Qeyd edək ki, qondarma DQR-nin Xarici İşlər Nazirliyi əvvəlcədən tədbirin keçiriləcəyi haqqında afişalar hazırlayıb və ABŞ Konqresinin üzvlərini buraya dəvət edib. Afişada diqqət çəkən əsas məqam isə BMT təhlükəsizlik şurasının qətnamələri ilə təcavüzkar olduğu təsdiqlənmiş ermənilərin özlərini demokratik cəmiyyət qurmaq və xarici təcavüz qarşısında sülh axtaran xalq kimi təqdim etməsidir.
Şahmərdan Əhmədli