"CNN Türk" vətəndaşın bu sözlərini yayımlamadı, Türkiyə qarışdı - VİDEO


Cumhuriyyət Bayramı münasibətilə küçələrdə canlı yayım edən “CNN Türk” televiziyası vətəndaşın Atatürklə bağlı dediyi sözləri kəsib.
Yeniavaz.com Türkiyə mətbuatına istinadla xəbər verir ki, “CNN Türk” televiziyası vətəndaşlardan Cumhuriyyət Bayramı münasibətilə fikirlərini öyrənərkən qeyri-adi hadisə baş verib. Müxbir mikrofonu iştirakçılardan bir qadına uzadaraq sual verib. Qadın isə cavabında, "Ən böyük türk Atatürk" sözlərini işlədib. Ancaq Türkiyə vətəndaşının bu sözləri kəsilərək efirə verilməyib. “CNN Türk” televiziyası nə üçün belə bir addım atdığına açıqlıq gətirməyib. Bəhs edilən video sosial şəbəkədə ağır tənqid olunub.

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top