Almaniyada cənazədə qonaqlara narkotik maddəli keks verilib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Almaniyanın Vaytagen qəsəbəsində restoranların birində baş verib. Belə ki, cənazəyə gələn qonaqlarda keksləri yedikdən sonra baş gicəllənməsi və müxtəlif fiziki narahatlıqlar hiss edilib.
Yoxlamalar zamanı məlum olub ki, hadisəyə səbəb qonaqlara normal keks əvəzinə yanlışlıqla narkotik maddəli kekslərin servis edilməsi olub.
Qeyd edək ki, Almaniyada cənazə mərasimlərindən sonra qonaqlara keks və kofe təqdim edilməsi adəti var.
Lalə Cəfərova