Zelenski Türkiyə şirkətinə təşəkkür etdi


Ukraynanın dövlət başçısı Vladimir Zelinski böyük hissəsi Türkiyə şirkəti tərəfindən bərpa olunan Zaporojya-Mariupol  yolunun açılışını edib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, yolun tikintisi Türkiyə şirkəti “Onur Taahhüt” və Ukrayna şirkətləri tərəfindən həyata keçirilib.
Maşın yolunun üç aya hazırlandığını qeyd edən V.Zelinski deyib: “Hökumətinizə və bu yolun hazırlanmasında əməyi keçən hər kəsə, eləcədə “Onur Taahhüt” şirkətinə təşəkkür edirəm. Bu yolun 70 km-lik tikintisini 3 ildə inşa edib, 130 km-lik bu çox önəmli yolu isə 3 aya bitiridilər”.
Lalə Cəfərova

DİGƏR XƏBƏRLƏR

Top