Məşhur aparıcının həyat yoldaşı bu dəfə 58 min manatlıq narkotik preparat satacaq ​- FOTOLAR


Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinin narkotik dərman vasitələrinin alınması ilə bağlı elan etdiyi 58 min 539,8 manatlıq tenderin qalibi "Azərtibbtəchizat" MMC olub.
Yeniavaz.com açqılanan rəsmi məlumatlara istinadən bildirir ki, "Azərtibbtəchizat" MMC ötən ay Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinin narkoz, narkotik və psixitrop dərman preparatlarının alınması ilə bağlı elan etdiyi 7 milyon 970 min 655 manatlıq tenderin də qalibi olub. Bundan başqa ötən illərdə də "Azərtibbtəchizat" Səhiyyə Nazirliyinin elan etdiyi tenderlərdə qalib olub. Bu şirkət 2018-ci ildə nazirliyə 7 milyon 854 min manatlıq, 2017-ci ildə isə 7 milyon 600 min manatlıq narkotik və psixitrop dərman preparatları satıb.
Məlumat üçün bildirək ki, "Azərtibbtəchizat" MMC 2006-cı ilin fevral ayında dövlət qeydiyyatına alınıb. Yasamal rayonu, Cəfər Cabbarlı küçəsi ev 34 ünvanında qeydiyyatda olan bu şirkətin qanuni təmsiçisi İbrahim İdris oğlu Rzabəyovdur.
Qeyd edək ki, İbrahim İdris oğlu Rzabəyov adlı şəxslə eyni ünvada İdris İbrahim oğlu Rzabəyov adlı şəxs də qeydiyyatdadır. Mətbuatda yer alan məlumatlarda isə göstərilir ki, İdris İbrahim oğlu Rzabəyov  adlı şəxs 2002-2011-ci illərdə Yanacaq-Energetika Nazirliyində (indiki Sənaye və Energetika Nazirliyi) Aparat Rəhbəri vəzifəsinin icraçısı, Yanacaq-Energetika Əməliyyatları Baş İdarəsinin rəisi, həmçinin Neft və qaz şöbəsinin müdiri vəzifələrində işləyib.
Qeyd olunan məlumatlardan belə görünür ki, "Azərtibbtəchizat" MMC qanuni təmsilçisi İbrahim İdris oğlu Rzabəyov haqqında bəhs etdiyimiz İdris İbrahim oğlu Rzabəyovun oğludur.
Onu da bildirək ki, İdris Rzabəyovun oğlu olan İbrahim Rzabəyov eyni zamanda tanınmış Televizya aparıcısı Kamilə Babayevanın həyat yoldaşıdır. Bildirilir kİ, Kamilə İbrahim Rzabəyovla 9 iyun 2012-ci ildə ailə həyatı qurub. Cütlüyün Natella adlı övladları var.



İlkin Uğur

DİGƏR XƏBƏRLƏR

Top