61 yaşlı nazir tribunadan yıxılaraq xəstəxanalıq oldu – ANBAAN VİDEO


Almaniyanın İqtisadiyyat və Energetika naziri Peter Altmayer rəqəmsal iqtisadiyyat sammitində çıxışı zamanı yıxılıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, nazir Dormund şəhərində  keçirilən rəqəmsal iqtisadiyyat sammitində çıxış edib. Belə ki, 61 yaşlı nazir pilləkənlərdən düşmək istəyərkən yıxılaraq başından ciddi zədə alıb. O, yıxılan zaman köməkçilər dərhal zaldakı insanları təxliyyə edib və ətrafı qara pərdə ilə hasarlayıblar. Daha sonra təcili yardım gələrək P.Altmayeri Dormund şəhrindəki xəstəxanaların birinə aparıb. Həkimlər ona baş nahiyyəsinin yırtılması diaqnozu qoyublar.
Qeyd edək ki, tribunann hündürlüyü 2 metr olub.

DİGƏR XƏBƏRLƏR

Top