Himnin sözlərini kim yazıb? - Əhməd Cavad ya Camo Cəbrayıllı? - EKSPERT RƏYİ


Xəbər verdiyimiz kimi dünən millət vəkili Akif Əlizadə “3D” verlişinin qonağı olub.
O, efirdə Azərbaycan Respublikasının Dövlət Himninin sözlərinin Əhməd Cavada aid olmadığını bildirib. Onun sözlərinə görə, himnin sözləri Camo Cəbrayıllıya aiddir.
Mövzu ilə bağlı fəlsəfə elmləri doktoru, Nizami adına Ədəbiyyat İnstitutunun elmi işçisi Safura Quliyeva ilə əlaqə saxladıq. S.Quliyevanın Yeniavaz.com-a verdiyi açıqlamaya görə, bu deyilənlər sadəcə bir ehtimaldır: “Bu barədə 90-cı illərdə Azərbaycan Milli Elmlər Akademiyasınınn filoloqu Aybəniz Əliyeva bu məsələni qaldırdı və bir çox söz-söhbətlər oldu. Ən sonda isə məsələ Ulu öndər Heydər Əliyevə kimi getdi çıxdı. Ulu öndər Heydər Əliyev belə bir söz dedi ki, Camo Cəbrayıllı elə də tanınmış şəxsiyyət deyil, şairliklə də məşğul olmayıb, pedaqoq olub. Amma Əhməd Cavad cümhuriyyətin ən böyük şairlərindən olub. Eyni zamanda bir neçə himni də olub. Elə ona görə də qəbul edildi ki, Əhməd Cavadın adına qalsın.
Həm də bunu təstiq edəcək bir sənəd yoxdur. Bunların hamısı bir ehtimallardır. Buna dair hər hansı fakt olsaydı əlbəttə ki, bu qəbul olunacaqdı. Bu barədə fakt sənəd olmadığı üçün məsələ o cür yekunlaşdırıldı. Ona görə, mənə elə gəlir ki, məsələnin ardınca getmək lazım deyil”.
S.Quliyeva eyni zamanda onu da qeyd etdi ki, əgər indiki dövrdə də əllərində bununla bağlı hər hansı fakt varsa gətirsinlər qoysunlar ortaya və təstiq olunsun.
İlahə Hüseynova
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top