Dünən avtomobil tərəfindən vurulan hüquq müdafiəçisinin vəziyyəti ağırlaşdı - VİDEO


Dünən piyada xəttindən keçərkən avtomobil tərəfindən vurulan hüquq müdafiəçisi Oqtay Gülalıyevin səhhəti ağırlaşıb.

Yeniavaz.com-un “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, bu barədə onun yaxınları məlumat paylaşıb. Məlumata görə, O.Gülaliyevin beyninə qansızma daha da genişlənib, sol tərəfi işləmir, özü nəfəs ala bilmədiyi üçün süni nəfəs aparatına qoşulub.

Qeyd edək ki,qəzanı 90-PZ-543 dövlət nömrə nişanlı, "Hyundai" markalı avtomobilin sürücüsü törədib. Sürücü hadisədən dərhal sonra Gülalıyevi 1 saylı Təcili Tibbi yardım mərkəzinə çatdırıb.

Səhiyyə Nazirliyindən bildirilib ki, O.Gülaliyevə Kliniki Tibbi Mərkəzdə kəllə-beyinin sınığı və beyinin əziyi diaqnozu qoyulub və dünən ailənin istəyi ilə özəl klinikalardan birinə köçürülüb.

Hadisə anını təqdim edirik:

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top