Bir ailənin bütün üzvləri dəm qazından zəhərləndi - BAKIDA


Xəzər rayonunun Mərdəkan qəsəbəsində bir ailənin 4 üzvü dəm qazından zəhərlənib.

Yeniavaz.com xəbər verir ki, Səhiyyə Nazirliyindən APA-ya verilən xəbərə görə, qəsəbənin İsgəndərov küçəsi 48 ünvanından bir ailənin 4 üzvü: ata 35 yaş, ana 32 yaş, övladları: 7 yaşlı qız və 5 yaşlı oğlan dəm qazından zəhərlənmə diaqnozu ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə gətiriliblər.

Ailə üzvlərinə lazımi tibbi yardım göstərildikdən sonra vəziyyətləri yaxşı olduğu üçün evə buraxılıblar.

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top