Vilayət Eyvazovdan Cavid Hacıyev qətli ilə bağlı GÖSTƏRİŞ


Kiyevdə Azərbaycan vətəndaşını qətlə yetirən şəxsin yaxalanması ilə bağlı Ukrayna Milli Polisində görüş keçirilib.

Yeniavaz.com xəbər verir ki, Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun soydaşlarımızın hüquqlarının qorunması və onlara qarşı törədilən cinayətlərin üstünün açılmasına dair göstərişi əsasında Ukrayna Milli Polisində görüş keçirilib.
Daxili İşlər Nazirliyinin Azərbaycanın Ukraynadakı səfirliyinin nəzdindəki nümayəndəsi, polis polkovniki Şahin Qocayev Milli Polisin birinci müavini, polis generalı Yevqen Koval ilə görüşərək soydaşlarımıza qarşı, o cümlədən Kiyevdə Azərbaycan vətəndaşı Cavid Hacıyevi qətlə yetirən cinayətkarların tezliklə tutulmasının vacibliyini vurğulayıb.
Yevqen Koval azərbaycanlılara qarşı törədilən cinayətlərin açılmasının, axtarışda olanların tutulmasının nəzarətdə saxlanıldığını, problemlərin tezliklə həll olunacağını qeyd edib.
Görüşdə, həmçinin qarşılıqlı səfərlərin təşkili, ikitərəfli münasibətlər, səmərəli əməkdaşlığın qurulması və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
Müzakirələrdə Ukrayna Milli Polisinin Cinayət-Axtarış Departamentinin rəisi, polis polkovniki Vadim Dzyubımski və kollegiyanın üzvləri də iştirak ediblər.

DİGƏR XƏBƏRLƏR

Top