Bakıda hüquq müdafiəçisinin avtomobillə vurulduğu an - VİDEO


Hüquq müdafiəçisi Oktay Güləliyevi avtomobilin vurduğu an kameraya düşüb.


Yeniavaz.com xəbər verir ki, hadisə Bakının Nəsimi rayonunda metronun "28 May" stansiyasının yaxınlığında qeydə alınıb.

Minik avtomobili yolu keçmək istəyən 1972-ci il təvəllüdlü Güləliyev Oktay Əligüşay oğlunu vurub. Kadrlardan da hadisə açıq şəkildə görmək mümkündür. 

Yaralı ağır vəziyyətdə özəl xəstəxanalardan birinə yerləşdirilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində araşdırma aparılır.

Hadisə anını təqdim edirik:

DİGƏR XƏBƏRLƏR

Top