Fransada məscidə hücum edən şəxs Notr-Damdakı yanğının qisasını almaq istəyirmiş


Fransanın Bayon şəhərindəki məscidin qarşısında iki nəfəri yaralayan yaşlı şəxs Notr-Dam kilsəsində baş verən yanğının qisasını almaq istəyirmiş.

Bunu Bayon şəhərinin prokuroru Mark Marye deyib.

M.Marye bildirib ki, 84 yaşında bir kişi Bayon şəhərində məscidin qapısına odlu silahdan atəş açmaq istəyərkən onu dayandırmağa çalışan iki nəfəri yaralayıb. Silahlı daha sonra polislər tərəfindən saxlanılib.

Prokurorun sözlərinə görə, saxlanılan şəxs Notr-Damdakı yanğının müsəlman icmasının nümayəndələri tərəfindən təşkil olunduğuna əmindir və bunun qisasını almaq istəyib.//Trend

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top