Türkiyə ordusu 18 Suriya əsgərini saxlayıb


Türkiyənin silahlı qüvvələri Suriyanın hökumət qoşunlarının tərkibinə daxil olduqları güman edilən bir neçə hərbçini saxlayıb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin bəyanatında deyilir.

Qeyd edilir ki, Ras-əl-Aynın cənub-şərqində aparılan axtarış və kəşfiyyat tədbirlərinin gedişatında 18 nəfər tutulub. Onların Suriya prezidenti Bəşşar Əsədin döyüşçüləri olduqları bildirilir. Bununla əlaqədar Rusiya Federasiyasının vəzifəli şəxsləri ilə araşdırma və əlaqələndirmə işləri keçiriləcək.

Ras-əl-Ayn hazırda Türkiyə Silahlı Qüvvələrinin və Suriya Azadlıq Ordusu döyüşçülərinin nəzarəti altındadır. //Report

DİGƏR XƏBƏRLƏR

Top