Rusiya: PKK/YPG-nin Suriyanın təhlükəsizlik zonasından çıxarıldı


PKK/YPG terror təşkilatı silahlı bölmələrinin Suriyanın şimal-şərqindəki təhlükəsizlik zonasından çıxarılması vaxtından əvvəl başa çatıb.

Bu barədə Rusiyanın müdafiə naziri Serqey Şoyqu bildirib.

"Təhlükəsizlik zonasının yaradılmalı olduğu ərazidən silahlı bölmələrin geri çəkilməsi vaxtından əvvəl başa çatıb. Ora Suriya sərhədçiləri və bizim hərbi polisimiz daxil olub", - deyə müdafiə naziri bildirib.

Oktyabrın 22-də Türkiyə və Rusiya Suriyanın şimal-şərqində vəziyyət üzrə razılığa nail olub.

Razılaşmaya uyğun olaraq, YPG terrorçularının bütün bölmələri okyabrın 29-u axşama qədər silahlarla birlikdə "Barış pınarı" əməliyyatının keçirildiyi zonadan şərqə və qərbə çıxarılmalıdır.//Report

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top