SSRİ-yə atom bombası hazırlayan alman alimlərinin adları açıqlanıb


Rusiyanın "Rosatom" dövlət atom enerji şirkəti Hitler Almaniyasında nüvə silahının layihələndirilməsində və İkinci Dünya Müharibəsindən sonra SSRİ-yə gələrək ilk sovet atom bombasının yaradılmasında iştirak etmiş alman mütəxəssisləri haqqında gizli məlumatları açıqlayıb.

"Rosatom" yerli nüvə sənayesinin 2020-ci ilin avqustunda qeyd olunacaq 75 illik yubileyi ilə bağlı olaraq gizli saxlanılan arxiv materiallarını açmaq qərarına gəlib. Materiallar "İstoriya Rosatoma" ("Rosatom"un Tarixi) adlı portalda dərc olunur.

Dərc olunmuş materiallar arasında Sovet İttifaqına gələrək sovet nüvə sənayesinin yaranmasına böyük töhfəsi olmuş alman alimləri haqqında məlumatlar da var. Sözügedən alimlərin Nobel mükafatı laureatı Qustav Hers, Nikolaus Ril, Manfred fon Ardenne, Peter Tissen, Hayns Poze və Robert Depel olduğu bildirilir.

Qeyd olunur ki, Qustav Herts 1951-ci ildə ikinci dərəcəli Stalin mükafatına layiq görülüb. Manfred fon Ardenne isə iki dəfə – 1947-ci ildə elektron mikroskopun ixtirasına görə və 1953-cü ildə izotopların elektromaqnit parçalanması və litium-6 izotopunun əldə edilməsinə görə Stalin mükafatının laureatı olub.

Peter Tissen isə 1951-ci ildə birinci dərəcəli Stalin mükafatına və Lenin ordeninə, eləcə də 1956-cı ildə SSRİ dövlət mükafatına və "Qırmızı əmək bayrağı" ordeninə layiq görülüb.//Sputnik.az

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top