FTX Azərbaycana hərbi avadanlıq keçirilməsinin qarşısını alıb


Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşları Rusiya-Azərbaycan sərhəddinin Dağıstan ərazisindəki keçid məntəqəsində hərbi texnika elementlərinin ixracının qarşısını alıblar.

Bu barədə TASS regional hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən xəbər yayıb.

“Çərşənbə axşamı Yaraq-Kazmalyar nəzarət-buraxılış məntəqəsində aparılan əməliyyat-axtarış tədbirləri zamanı hərbi texnika elementlərinin ixracının qarşısı alınıb. Cinayət işinin açılması məsələsi həll edilir. Şübhəlilər saxlanılıb”,- deyə məlumat verən mənbə bildirib.

“AiF Dağıstan”a məlumat verən mənbə isə deyib: “Qaçaqmalçılar qanunsuz pul, qiymətli əşyalar ixracı ilə məşğul olurdular. Bu əməliyyat zamanı Rusiyadan Azərbaycana Rusiya Federasiyası Müdafiə Nazirliyinin anbarlarından oğurlanmış hərbi texnikanın ixracının qarşısını almaq mümkün oldu".

Onun sözlərinə görə, xüsusi əməliyyat barədə ölkə rəhbərliyinə məlumat verilib.//virtualaz.org

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top