Seymur Həzinin həbs müddəti artırıldı


AXCP sədrinin müavini Seymur Həzinin həbs müddəti artırılıb.

Yeniavaz.com xəbər verir ki, bu barədə məlumatı onun həyat yoldaşı Nigar Həzi şəxsi "facebook" hesabında yayıb. Məlumata görə, Xətai rayon 34-cü Polis Bölməsinin rəisi apellyasiya şikayəti əsasında Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə S.Həzinin həbs müddəti 15 gündən 30 günə qaldırılıb.

Xatırladaq ki, Seymur Həzi oktyabrın 19-da keçirilən razılaşdırılmamış mitinq zamanı saxlanılıb.

DİGƏR XƏBƏRLƏR

Top