Azərbaycanda çoban itkin düşdü


Göygöl rayonunda çoban itkin düşüb.

Hadisə rayonun Firuzabad qəsəbəsindəki fermada baş verib.

Həmin fermada özünü kimsəsiz kimi göstərərək çoban işləyən, Şamaxı rayon Kərkənc kənd sakini, 58 yaşlı Məmməd İbrahimxəlil oğlu Əlləzov oktyabrın 27-də səhər saatlarında fermadan çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.(trend)

DİGƏR XƏBƏRLƏR

Top