Livanın Baş Naziri istefa verdi


Livanın Baş Naziri Saad Hariri istefa verib.

O, "al-Mayadeen" telekanalı ilə xalqa müraciətində hökumət əleyhinə davam edən iki həftəlik etiraz aksiyalarından sonra rəhbərlik etdiyi kabinetin tam tərkibdə istefaya getdiyini açıqlayıb.

Baş Nazir müraciətində ölkənin dalana dirəndiyini bildirib.

S. Hariri livanlıların əksəriyyətinin arzusunu yerinə yetirmək məqsədilə istefa ərazisini prezident Mişel Auna təqdim edəcəyini söyləyib: "Mənim istefa məsələm artıq prezidentin səlahiyyətindədir".

Qeyd edək ki, Livanda hökumət əleyhinə aksiyanın iştirakçıları paytaxt yollarını, habelə şimal və cənub rayonlarını birləşdirən magistral yolları bağlayır.

Etirazçılar hökumətin və parlamentin buraxılmasını, növbədənkənar seçkilərin keçirilməsini tələb edirlər.

Ölkədə bir neçə universitet də dərsləri qeyri-müəyyən vaxta qədər dayandırıb, banklar bağlanıb.

Hökumətin dörd üzvü artıq istefa verib.(APA)

DİGƏR XƏBƏRLƏR

Top