Baş həkimi qətlə yetirənlə bağlı YENİ XƏBƏR


Şirvan Apelyasiya Məhkəməsində Lənkəranda qətl törədən şəxsin apelyasiya şikayətinə baxılıb.

Yeniavaz.com APA-ya istinadən xəbər verir ki, hakim Elşad Əliyevin sədrliyi ilə keçirilən prosesdə Abbasov Vüqar Həmid oğlunun apelyasiya şikayəti təmin edilməyib. Birinci instansiya məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

Qeyd edək ki, 2017-ci il martın 18-də Lənkəran rayonu, Xolmilli kəndində qətl baş verib. Lənkəran rayonu, Xollmilli kənd sakini, 46 yaşlı Vüqar Abbasov dostu - 43 yaşlı Fail Xudaverdi oğlu Hüseynovla kənd həkim ambulatoriyasının baş həkimi, rayonun Vel kənd sakini, 69 yaşlı Vahab Səfərovu onun evində çəkiclə başına vuraraq qətlə yetirib. Evə basqında iştirakçı olan digər şəxs - Fail Xudaverdiyev rayon Polis Şöbəsinin müvəqqəti saxlama kamerasında polisin silahı ilə özünü güllələyərək intihar edib.
Qeyd edək ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə V.Abbasov CM-nin 120.2.1, 120.2.11, 181.3.3 maddələri ilə təqsirli bilinərək 19 il 6 ay azadlıqdan məhrum edilib.

DİGƏR XƏBƏRLƏR

Top