Partlayışda yaralananların vəziyyəti necədir? - RƏSMİ AÇIQLAMA


Səhiyyə Nazirliyi bu gün Xəzərdə SOCAR-ın qayığında baş verən partlayış zamanı yaralanan şəxslərin vəziyyəti ilə bağlı məlumat yayıb.

Nazirliyin mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, partlayış barədə Təcili Tibbi Yardıma çağırış 13:20-də daxil olub.

Pirallahı rayonu Gürgan kəndi, (mayakın yanı) qayığın yaxınlığında partlayış olub. 3 nəfər kişi müxtəlif dərəcəli yanıq xəsarətləri ilə 5 nömrəli xəstəxananın yanıq şöbəsinə çatdırılıblar.

İlkin tibbi yardım göstərildikdən sonra xəstələr Mərkəzi Neftçilər Xəstəxanasına köçürülüblər.

Onlara üzün, sifətin yanığı və sifətin qəlpəli yaraları, xəstələrdən birinin gözündə də xəsarət aşkar olunub.

İkisinin vəziyyəti orta-ağır, biri isə ağır qiymətləndirilir.
Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top