Bakıda 15 yaşlı qızı qaçıran Qartal tutuldu


Paytaxtın Qaradağ rayonunun 15 yaşlı sakini yeniyetmə oğlan tərəfindən qaçırılıb.

Yeniavaz.com xəbər verir ki, bununla bağlı oxu.az-a rayon Polis İdarəsindən məlumat verilib. 

Oktyabrın 28-də 1981-ci il təvəllüdlü Lökbatan qəsəbə sakini R.Kazımov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, bazar ertəsi, saat 00:20 radələrində 2004-cü il təvəllüdlü qohumu evlənmək məqsədilə Qartal adlı şəxs tərəfindən qaçırılıb. 

Əməliyyat-istintaq tədbirləri nəticəsində 10-cu Polis Bölməsinin əməkdaşları yetkinlik yaşına çatmayan qızı qaçırmaqda şübhəli bilinən şəxsi saxlayıblar. Həmin şəxs 2002-ci il təvəllüdlü Lökbatan qəsəbə sakini Qartal Mirzəyev olub. Polislər qızı evinə qaytarıblar.

Faktla bağlı araşdırma aparılır. 

DİGƏR XƏBƏRLƏR

Top