Pensiya almaq üçün anasının cəsədini 2 il 6 ay evində gizətdi


Hollandiyada 66 yaşlı qadın anasının ölümündən sonra dövlətdən pensiyanı davamlı almaq üçün  cəsədi 2 il 6 ay evində saxlayıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, Holandiyanın cənubunda yerləşən Heerlen şəhərində bir nəfər ölən anasının cəsədini əmək pensiyasını almağa davam edə bilməsi üçün 2 il 6 ay evində gizlədib. Bu vaxt ərzində o anasının adından istifadə edərək dövlətdən  72800 avro (təqribən 137 min 294 manat) məbləğində pensiya alıb. Hadisənin üstü açılandan sonra ona 10 ay həbs cəzası verilib və 15500 avro ( təqribən 30 min manat) cərimələnib.
Qeyd edək ki, təqsirkar  planını həyata keçirməmişdən əvvəl anası ilə məsləhətləşdiyini bildirib.
Firəngiz Quliyeva

DİGƏR XƏBƏRLƏR

Top