Həbs olunub azadlığa çıxan məşhurlar - FOTOLAR


Kriminal xəbərlər hər zaman oxucu, tamaşaçı və dinləyici üçün maraqlı olur. Təsadüfi deyil “kriminal avtoritet”lə bağlı məqalələr, xəbərlər ən çox oxunan yazılardır.
Bütün dünyada olduğu kimi bizdə də tanınmış insanlar zaman-zaman cinayət məsuliyyətinə cəlb olunurlar. Həmin şəxslərin azadlığa çıxması da həbsləri qədər əks-səda doğurur.
Yeniavaz.com ölkəmizdə həbs olunub daha sonra azadlığa çıxan məşhurları sizə təqdim edir.

Fədayə Laçın
Məmmədova Fədayə Baris qızı (Fədayə Laçın) Bakı-Astara-Bakı qatarından qaçan məhbuslara yardım etməkdə təqsirləndirilib. 2017-ci ilin oktyabrın 30-da həbs edilən Fədayə Laçın, bu gün azadlığa buraxılıb.

İlham Mirzəyev
2014-cü ildə dələduzluqda ittiham olunan teleaparıcı İlham Mirzəyev  3 il 6 ay azadlıqdan məhrum edilib.

Kamil Zeynallı
Tanınmış idmançı Kamil Zeynallıya bu il mart ayının 12-də Nərimanov Rayon Məhkəməsinin qərarı ilə Heydər Əliyev Mərkəzinin yaxınlığında telefonla danışarkən ucadan təhqiredici sözlər işlətdiyinə görə 10 sutka inzibati həbs cəzası verilib.

Hüseyn Dərya 

Mərhum repçi Hüseyn Dərya  narkotik istifadə etməsi səbəbindən həbsdə yatıb.

Fariz Məmmədov

Hazırda “Qəbələ” İdman Klubunun boks bölməsinin rəhbəri olan Fariz Məmmədov da məhkumluq həyatı yaşayıb. Peşəkar boks üzrə dünya çempionu Fariz Məmmədov Cinayət Məcəlləsinin bir neçə maddəsiylə qanunsuz silah saxlama, əldəetmə, hədə-qorxu ilə tələbetmədə ittiaham olunaraq 7 il azadlıqdan məhrum edilib.

Cavid Hüseynov 

Jurnalist Rasim Əliyevin ölümü ilə bağlı təqsirləndirilən Cavid Hüseynov 2015-ci ildə həbs edilərək 1 il 2 ay müddətində azadlıqdan məhrum edilib.

Elşad Xose

Məşhur reper Elşad Xose narkotikdən istifadə etdiyinə görə, həbs olunub və bir müddət məhkumluq həyatı yaşayıb.

Aqil M Quliyev

Tanınmış rejissor Aqil M Quliyev 2013-cü ildə aldığı pulu geri qaytarmamasına görə 1 il 6 ay həbs cəzası alıb.

Anar Süleymanov

Kikboks üzrə dördqat dünya çempionu, Azərbaycan Kikboks Federasiyasının qızlardan ibarət milli komandasının baş məşqçisi Anar Süleymanov da həbs olunanlar sırasındadır. O, 2019-cu il fevralın 15-də Nərimanov rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsinə əsasən 20 gün müddətinə inzibati qaydada həbs olunub.

Samir Cavadzadə

“Eurovision” mahnı müsabiqəsinin təmsilçisi müğənni Samir Cavadzadə dostunu bıçaqladığına görə 2011-ci ildə saxlanılaraq 1 ildən çox həbsxanada qalıb.

Bayram Kürdəxanı

Mərhum meyxanaçı Bayram Kürdəxanı üzərindən narkotik vasitə aşkarlandığı üçün 2014-cü ildə 2 ay məhkumluq həyatı yaşayıb.

Mahir Cürət

Meyxanaçı Mahir Cürət 2016 - cı ildə  Sumqayıt 1-ci polis bölməsinin əməkdaşları tərəfindən narkotik vasitə ilə tutulub. O, məhkəmənin qərarına əsasən 3 ay müddətinə azadlıqdan məhrum edilib.

Vüsal Əliyev

Müğənni Vüsal Əliyev də həbs olunan məşhurlardandır. O, Cinayət Məcəlləsinin dələduzluq (178-ci) maddəsi ilə axtarışda olub. Müğənni  2012-ci ildə Xətai rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq, istintaqa cəlb edilib. Bir neçə gün həbsdə qalan müğənni Xətai Rayon Məhkəməsinin qərarına əsasən himayəsində 4 azyaşlı uşağın olması nəzərə alınaraq sərbəst buraxılıb.
Kənan Qədirli
 

DİGƏR XƏBƏRLƏR

Top