Balığın təzə olub-olmadığını necə anlamalı? – MÜTLƏQ OXUYUN


Elmi araşdırmalar nəticəsində məlum olub ki, balıq göz və yaddaş zəifliyinin qarşısını almaqla yanaşı xərçəng xəstəlikləri, ürək-damar xəstəlikləri  riskini də azaldır. Tərkibindəki Omega-3 və Omega-6 yağları sinir sistemini və immuniteti gücləndirir. Amerika Ürək Fondu həftədə 2 dəfə balıq yeməyi tövsiyyə edir.
Yeniavaz.com xarici KİV-ə istinadən balıq hazırlayarkən nələrə diqqət etməli olduğumuzu təqdim edir:
Bir çoxları bilməsədə balığı una batırıb qızartmaq düzgün deyil. Çünki bu bədəndəki hüceyrələrə zərər verə, xərçəng xəstəliyinin inkişafına səbəb ola bilər. Balıq öz suyu ilə birlikdə  buğlama üsulu ilə və ya sobada hazırlanmalıdır. Bu üsuldan istifadə etdikdə balığın tərkibindəki kalori azalır və daha faydalı olur.
Balığın üzərinə limon sıxın. Limonun tərkibindəki C vitamini Omega-3 yağının təsirini daha da artır. Eyni zamada limon zəhərlənmənin də qarşısın alır. Limonla birlikdə göyərtidən də istifadə düzgündür. Göyərtidən istifadə etməklə balığın tərkibində az olan C vitaminini çoxaltmaq olar. Həmçinin göyərti qan şəkərinin azalmasına da səbəb olur.
Balıq hazırlayakən  ən çox istifadə olunan tərəvəz soğandır. Balıq yeməklərində soğandan istifadə immunitet sisteminin gücləndirir. Qan şəkərini  azaldan soğan yüksək təzyiqli insanlar üçün dafa faydalıdır. Ancaq mədə xəstəlikləri olanlara  soğandan çox istifadə tövsiyyə edilmir.  
Balıq yeməklərindən əvvəl və ya birlikdə ağartı məhsulları yemək olmaz. Çünki ağartı məhsullarının tərkibində olan histamin balıqda da var. Ancaq yeməkdən sonra zəhərlənmənin qarşısın olması üçün istifadə edilməlidir.
Balıq hazırlayarkən müxtəlif souslardan da istifadə edilir. Kremli, şəkərli souslarla balığı hazırlamaq olmaz. Balıq yeməklərini daha da ləzzətli etmək üçün pomidor sousundan istifadə  etmək lazımdır.
Balığın kiçik və nazik sümüklərini yemək olar.Sümüyün tərkibində olan kalsium və fosfor sağlamlıq üçün böyük önəm daşıyır. Osteoporoz  (sümüklərin deformasiyası ) xəstəliyindən qoruduğu  üçün balığın kiçik sümüklərini yeyməyi vərdiş etmək lazımdır.
Balığı çox qızartmaq ləzzətli ola bilər. Ancaq bu balığın tərkibindəki protein miqdarını  azaldır.
Köhnə balıqlar zəhərlənmə ilə bərabər ölümə də səbəb ola bilər. Balıq alarkən bunlara diqqət etməlisiniz:
-Gözləri parlaq canlı,dərisi gərgin olmalıdır;
-Qəlsəmələri çəhrayı-qırmızı rəngdə olmalıdır;
-Barmağınızla yoxladıqda iz qalmamalıdır;
-Başından tutub qaldırdıqda quyruğu dik durmalıdır;
Balığın təzə olmadığını qoxusundan da anlaya bilərsiniz.
Şəbnəm Zahir

DİGƏR XƏBƏRLƏR

Top