Səddam Hüseynin keçmiş döyüşçülərindən olan İŞİD-in yeni lideri kimdir?


Bağdadinin ölümündən sonra İŞİD terror qruplaşmasının lideri olduğu iddia edilən Abdullah Qardaşın kim olduğu barədə məlumatlar yayılıb.
Yeniavaz.com independentturkish.com-a istinadla xəbər verir ki, İŞİD-in yeni lideri Abdullah Qardaş İraqın türkmən şəhərlərindən biri Təl Afardandır. Bəzi mənbələrin verdiyi məlumatlara görə, Abdullah Qardaş artıq iki ildir ki, İŞİD-i idarə edir. Həmçinin Bağdadinin bir hava hücumu nəticəsində aldığı yaralar səbəbilə əvvəlki kimi qruplaşmaya liderlik edə bilmədiyi üçün Qardaşın önə çıxdığı bildirilib. İŞİD-in yeni lideri Səddam Hüseynin ordusunda zabit olaraq xidmət edib. ABŞ-ın İraqı işğalı səbəbilə daha da radikallaşdığı deyilən Abdullah Qardaş döyüşkən xarakteri ilə tanınır. O, Təl Afar şəhərindən olan Əbu Əli ət Türkməni, Əbu Müslim əl Anbari ilə birlikdə İŞİD-i İraqda təmsil edən qruplaşmanın üzvü idi. Adlarını sadaladığımız şəxslərdən sadəcə Abdullah Qardaş sağ qalıb. Əl Anbari 2016-cı ildə ABŞ-n hücumu nəticəsində ələ keçməmək üçün özünü partladaraq intihar edib. Ət Türkməni isə 2015-ci ildə Mosulda öldürülüb.
Qeyd edək ki, Türkməni də Qardaş kimi Səddam Hüseynin ordusunda xidmət edib.

Ruslan Yusibov

DİGƏR XƏBƏRLƏR

Top