Milli Məclisin saytında niyə bu iki deputatın əlaqə nömrəsi yoxdur? - AÇIQLAMA


Xəbər verdiyimiz kimi, ötən gün Milli Məclisin rəsmi veb-saytında millət vəkillərinin mobil nömrləri ilə bağlı yenilik olub. Belə ki, yenilikdə seçicilərin asanlıqla millət vəkilləri ilə əlaqə saxlamaları üçün mobil nömrələr əlavə olunub. Lakin, diqqət çəkən məqamlardan biri də siyahıda deputat Araz Əlizadə və Qənirə Paşayeva ilə əlaqə saxlanılması üçün heç bir nömrə qeyd olunmaması olub.

Məsələ ilə bağlı Milli Məclisin mətbuat katibi Akif Təvəkküloğlu ilə əlaqə saxladıq.
O, Yeniavaz.com-a açıqalamasında Qənirə Paşayeva və Araz Əlizadənin heç bir köməkçisi olmadığı üçün saytda əlaqə nömrəsi qoyulmadığını bildirdi: “Veb-saytda qeyd olunan əlaqə nömrələri deputatların köməkçilərinin nömrələridir. Qənirə Paşayeva və Araz Əlizadənin də köməkçiləri olmadığı üçün nömrə qeyd olunmayıb. Çünki, onlar görüşləri özləri keçirirlər”.
Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva və Araz Əlizadədən başqa Milli Məclisin sədri və onun 2 müavininin də əlaqə nömrələri qeyd olunmayıb.
 
İlahə Hüseyova

DİGƏR XƏBƏRLƏR

Top