Bakıda avtomobilə odlu silahdan atəş açıldı


Bakı şəhəri, Sabunçu rayonunda odlu silahdan atəş açılıb.

Axşam saatlarında Ramana qəsəbəsində qəsəbə sakini Mustafayev Ceyhun Cümşüd oğlu idarə etdiyi 99 TD 045 qeydiyyat nişanlı "Hyundai" markalı avtomobillə hərəkətdə olarkən odlu silahdan açılan atəş səsi eşidilib. Məlum olub ki, naməlum şəxsin silahdan açdığı atəş zamanı güllə təsadüfən C.Mustafayevin avtomobilinin sol tərəfinə dəyib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsi və 12-ci Polis Şöbəsinin əməkdaşları əməliyyat axtarış tədbirləri aparır. (Report)

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top