İraqda hökumətə qarşı etiraz aksiyası - 13 ölü, 865 yaralı


İraqda ağır iqtisadi vəziyyət və özbaşınalığa qarşı başlayan etiraz aksiyaları zamanı vətəndaşlar və polislər arasında qarşıdurma baş verib.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, İraqda baş verən etiraz aksiyası zamanı 13 nəfər həyatını itirib, 865  nəfər yaralanıb.
Aksiyadan sonra İraqın paytaxtı Bağdadda gecə yarısında səhər saat 6-ya qədər əhalinin küçəyə çıxması qadağan olunub.
Buna baxmayaraq, Bağdadın Tahrir meydanına toplaşan iraqlıların bir qismi ərazini tərk etməyib. 
Qeyd edək ki, hadisə zamanı polislər odlu silahdan istifadə edib.
Lalə Cəfərova

DİGƏR XƏBƏRLƏR

Top