Avtopark çökdü - Ölənlər və yaralılar var


Çinin cənub-qərbində yerləşən Quicu əyalətində tikintisi davam edən avtoparkın çökməsi nəticəsində 10 nəfər dağıntılar altında qalıb.
Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə “Şinhua” agentliyi məluma verib. Məlumata görə, hadisə zamanı avtoparkda ümumilikdə 14 işçi olub. Onlardan 10-u dağıntılar altında qalıb və 8-i həyatını itirib, 2-i isə yaralanıb.
Hadisənin baş vermə səbəbləri araşdırılır.
Fəridə Qədirova

DİGƏR XƏBƏRLƏR

Top