Bağdadinin ölüm anının görüntüləri yayımlanacaq – ABŞ rəsmisi


Ötən gün ölü ələ keçirilən İŞİD terror qruplaşmasının başçısı Əbu Bəkr Əl-Bağdadinin öldürülməsinə aid görüntülərn yaxın günlərdə yayımlanacağı bildirilib.
Yeniavaz.com xəbər verir ki, bu barədə “ABC news” agentliyinə ABŞ-ın səlahiyyətli şəxsləri məlumat verib. DNA testindən sonra cəsədin qalıqlarının dənizə atıldığını təstiqləyən səlahiyyətli şəxslər yaxın günlərdə Bağdadinin öldürülməsinə aid görüntüləri də yayımlayacağını bildiriblər.
Digər tərəfdən baş qərargah rəisi general Mark Milley də, əllərində Bağdadinin son anlarına aid video görüntülərin olduğunu təsdiqləyib və  məxfiliyin qorunmasına dair yoxlamalardan keçdikdən sonra yayımlanacağını bildirib.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top