Tramp Zelenski ilə Putini qarışdırdı


ABŞ prezidenti Donald Tramp ukraynalı həmkarı Vladimir Zelenskini səhvən Rusiya lideri adlandırıb.
Yeniavaz.com xarici KİV-ə istinadə xəbər verir ki, D.Tramp bunu impiçment iddiasını araşdıran jurnalistlərə açıqlama verən zaman deyib. O, açıqlama zamanı bir neçə ay öncə Ukrayna lideri Vladimir Zelenski ilə telefon danışığının yaxşı keçdiyini və müxaliflərin bundan skandal yaratmaq isədiyini bildirib: “Bildiyiniz kimi Rusiya prezidenti (Söhbət Ukrayna lideri V.Zelenskidən gedir) yaxşı insandır və mənə kömək edib. Orada ona təzyiq edilməsi ilə bağlı heç bir şey yoxdur”.
Qeyd edək ki,  D.Trampın Ukrayna prezidenti V.Zelenski ilə etdiyi telefon danışığı ABŞ-da qalmaqal yaratmış və nəticədə impiçmentə səbəb olmuşdu.
İlahə Hüseynova

DİGƏR XƏBƏRLƏR

Top