
ABŞ-prezidenti Donald Tramp İŞİD lideri Əbu Bəkr əl Bağdadinin məhv edilməsi üçün keçirilən əməliyyatda iştirak edən və yaralanan itin şəklini paylaşıb.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, Tramp "twitter" hesabından Bağdadinin yerinin tapılmasında yaxından iştirak edən xüsusi təlimli itin fotosunu paylaşıb. Əməliyyat zamanı yaralanan it barəsində ABŞ prezidenti bu ifadələri işlədib: "İŞİD lideri Əbu Bəkr əl Bağdadinin tutulması və öldürülməsində belə möhtəşəm şəkildə iş görən itin fotosunu sizə təqdim edirik". Xəbərin davamında təhlükəsizlik səbəbilə itin adının açıqlanmadığı bildirilib.


Ruslan Yusibov
Tətbiqimizi yükləyə bilərsiniz