Bu gün Türkiyənin terrorçulara verdiyi müddət başa çatır


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Rusiya prezidenti Vladimir Putin arasında oktyabrın 22-də imzalanmış müqaviləyə əsasən bu gün YPG terror qruplaşmasının üzvlərinin təhlükəsiz zonadan çıxması üçün sonuncu gündür.
Yeniavaz.com
xarici KİV-ə istinadla xəbər verir ki, müqaviləyə əsasən terrorçuların sərhəd boyunca 30 kilometrlik ərazidən çıxması üçün nəzərdə tutulan 150 saatlıq müddət oktyabr ayının 23-ü, Bakı vaxtı ilə saat 13:00-dan etibarən başlamışdı. Bu hesabla sözügedən vaxt bu gün 19:00-da başa çatır.
Əsasını PKK/YPG terror qruplaşmalarının təşkil etdiyi Suriya Demokratik Qüvvələri (SDQ) isə oktyabrın 27-də müqavilənin şərtlərinə əməl edəcəklərini bəyan etmişdilər.
Digər tərəfdən V. Putinin Suriyadakı nümayəndəsi Aleksandr Lavrentyev, SDQ-nin Türkiyə sərhəddindəki ərazidən vaxtında çıxacaqlarını ümid etdiklərini bildirib.
Şahmərdan Əhmədli

DİGƏR XƏBƏRLƏR

Top