Gəncə şəhərində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Yeniavaz.com xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru professor İbrahim Cəfərov məlumat verib. O bildirib ki, bu gün gecə saatlarında Azərbaycan Dövlət Aqrar Universitetinin “Baytarlıq təbabəti və zoomühəndislik” fakültəsinin baytarlıq ixtisası üzrə 2 nəfər III kurs tələbələri-Məmmədov Eldar Kərim oğlu, Bayramlı İkram Arif oğlu ağır avto qəza keçirərək dünyalarını dəyişmişlər: "Nəinki universitetimiz, eləcə də hər birimiz üçün ağır itkidir, onların valideynlərinə, yaxınlarına, qrup yoldaşlarına, bütün tələbələrimizə, professor-müəllim heyətinə, bütövlükdə dəyərli Azərbaycan gəncliyinə dərin hüznlə başsağlığı verir, Allahdan rəhmət diləyirəm. Məkanları cənnət olsun.
Qeyd edək ki, hadisə zamanı daha bir nəfər xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Rektor professor İbrahim Cəfərovun paylaşdığı fotonu təqdim edirik: