Bakının mərkəzində "Mercedes-Maybach" dəhşətli qəza törətdi - VİDEO


Dünən axşam saatlarında Bakının mərkəzində qara rəngli "Mercedes-Maybach" markalı avtomobil qəza törədib.

 

Avtomobil əvvəlcə önündəki avtomobilə çırpılıb. Müvazinətini itirən avtomobil yol kənarında dayanan piyadanı vurub, sonra isə Bəşir Səfəroğlu və Rəşid Behbudov küçələrinin kəsişməsində yerləşən yaşayış evinə çırpılıb. 
 
 

Yeniavaz.com  Report-a istinadən xəbər verir ki, qəza nəticəsində iki nəfər - "Mercedes"in arxadan vurduğu "Opel" markalı avtomobilin sürücüsü, 27 yaşlı Zaur Əlizadə və yol kənarında dayanan piyada 70 yaşlı Vladimir Voronov ağır xəsarət alıb.


Hər iki yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb.

 

Qeyd edək ki, "Mercedes-Maybach"in 2019 modelinin qiyməti 350 min manatdan başlayır.

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top