“iPhone”ları oturduğu döşəyin içində sərhəddən keçirmək istədi - "Qırmızı Körpü"də - FOTO

Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda Gürcüstandan idarə etdiyi “Volkswagen Cratter” markalı nəqliyyat vasitəsi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Əməliyyat və Təhqiqat İdarəsinin məlumatı əsasında saxlanılıb və şifahi sorğu-sual olunub. 

Yeniavaz.com DGK-yə istinadən xəbər verir ki, sorğu-sual zamanı vətəndaş idarə etdiyi avtomobildə gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. 

Lakin yoxlama zamanı nəqliyyat vasitəsinin sürücü oturacağının üzərindəki döşəyin içərisində gizlədilən 6 ədəd “iPone XS 64 GB” markalı mobil telefon aşkarlanıb. 

Faktla bağlı araşdırma aparılır. 

DİGƏR XƏBƏRLƏR

Top