Şoyqunun təyyarəsi Bakıdan əvvəl Gümrüdə yerə enəcək


Rusiyanın müdafiə naziri Sergey Şoyqu sabah oktyabrın 29-da Ermənistana səfər edəcək. 

Çərşənbə axşamı səhər saatlarında Şoyqunun təyyarəsi Gümrü aerportunda yerə enəcək. Gümrüdə Rusiyanın 102-ci hərbi bazası yerləşir.

Xəbər verilir ki, Rusiyanın müdafiə naziri 102-ci bazaya baş çəkəcək və erməni həmkarı David Tonoyanla görüşəcək. Şoyqunun səfərinin statusu açıqlanmır.

Oktyabrın 30-da isə Rusiyanın müdafiə naziri MDB ölkələrinin müdafiə nazirlərinin toplantısında iştirak etmək üçün Bakıya səfər edəcək. Həmin toplantıda Ermənistan iştirak etmir.//virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top