"Bu qızı atılmış uşaq kimi qırağa çəkmişik" — Ağadadaş Ağayev Nigar Şabanova haqqında


“Elə bil ki, Nigarı “vurmaq”üçün kompaniya təşkil olunub”.

Yeniavaz.com “Ölkə.Az”a istinadən xəbər verir ki, bu sözləri xalq artisti Ağadadaş Ağayev “Hər şey daxil” verilişinin canlı efirində söyləyib.

“Bütün sənət dostlarıma böyük hörmətim var, hamısının xətrini istəyirəm. Ancaq mən Nigarın yalan danışdığına inanmıram. Belə bir iş vardısa, teatr gərək bunu üzə çıxarmazdı. Əgər işçilərindən biri kimdənsə rüşvət istəyibsə, bunu öz daxili mətbəxlərində həll olunmalıydı. Bu qədər səs – küyə lüzum yox idi”.

Aparıcı Tolik “Nigar iddia edir ki,  bu məsələdən xanəndə Elnur Zeynalovun da xəbəri var”, - deyə xitab edib.

Xalq artisti  xanəndə Elnur Zeynalovu da doğruları söyləməyə çağırıb.

“Elnur əlini qoysun ürəyinin üstünə, nə bilirsə, söyləsin”,- deyə bildirib.

Xanəndə isə bu iddianə təkzib edərək, heç bu məsələ ilə bağlı heç bir məlumatı olmadığını bildirib.

A.Ağayev Nigar Şabanovanın təkləndiyini bildirib:

“Bu qızı biz kənara atılmış vəziyyətdə qoymuşuq. Belə eləmək olmaz”.

Qeyd edək ki, əməkdar artist Nigar Şabanova bildirib ki, Leyli obrazına görə teatrın Toma adlı əməkdaşı ondan 5 min manat pul tələb edib.

DİGƏR XƏBƏRLƏR

Top