Qarşıdakı günlərlə bağlı XƏBƏRDARLIQ


Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası kosmik hava durumunu açıqlayıb.

Rəsədxanadan verilən məlumata görə, gün ərzində Günəş fəallığı çox aşağı səviyyədə, Günəş diski ləkəsiz olub. Geomaqnit sahə son 24 saat ərzində ümumən sakitdir.

Proqnoz dövründə də (28 - 30 oktyabr) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. Sonuncu proqnoz günü isə (30 oktyabr) Günəş küləyi parametrlərinin güclənəcəyi gözlənilir.

Proqnoz dövründə (28 - 30 oktyabr) geomaqnit sahədə ümumən sakitlik, lakin qısa fasilələrlə fəal şərait müşahidə oluna bilər. Maqnit qasırğasının yaranması ehtimalı proqnoz dövründə 10%-dən aşağı qiymətləndirilir.

Bildirişlərdən çıxın

Bildirişlərdən çıxın

DİGƏR XƏBƏRLƏR

Top