SOCAR Bakıya gətirilən və bir neçə gün müzakirələrə səbəb olan nəhəng çənlərlə bağlı açıqlama yayıb.
Yeniavaz.com-un verdiyi xəbərə görə, məlumatda qeyd olunub ki, SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunun modernizasiyası çərçivəsində həyata keçirilən işlər sürətlə davam edir:
“Bu günlərdə zavoda İtaliyanın Walter Tosto şirkətinin istehsalı olan bulletlər gətirilib. Ümumilikdə, zavodda 11 ədəd belə çən quraşdırılacaq. LPG çənləri yüksək təzyiq altında işləyəcək. Çənlərin 9-u böyük, 2-si kiçik həcmlidir. Hazırda zavoda 2 böyük və 1 kiçik çən gətirilib. Böyük çənin uzunluğu 56,2 metr, çəkisi 326 tondur. Bu çənlər yanacaq istehsalının keyfiyyətinin və həcminin artmasına xidmət edəcək”.