ABŞ-da qırmızı bülletenlə axtarışda olan Rusiyanın yüksək rütbəli zabitləri - FOTOLAR


ABŞ-n Federal Təhlükəsizlik Bürosu (FTB) Rusiyanın Baş Kəşfiyyat İdarəsinin bəzi yüksək rütbəli zabitlərini qırmızı bülletenlə axtarır.
Yeniavaz.com xarici KİV-ə istinadla xəbər verir ki, 2016-cı ildə ABŞ-da keçirilən prezident seçkilərinə müdaxilə etdikləri iddiası ilə  Rusiyanın Baş Kəşfiyyat İdarəsinin 11 zabiti ABŞ-da qırmızı bülletenlə axtarılır. İddiaya görə onlar ABŞ-da xüsusi kompüterlərə giriş əldə edərək informasiya oğurlamış, vacib məlumatların yerini dəyişdirmiş və gizli sənədlərin ictimaiyyətə yayılmasını təşkil ediblər. FBI-ın rəsmi səhifəsində onlar barəsində xüsusi sənədlər hazırlanıb. Adları, soyadları, rütbələri, vəzifələri, doğum tarixləri hətta, şəkilləri də var. Bəhs edilən zabitlər silahlı və xüsusi təhlükəli olaraq göstəriliblər. Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putinə dəfələrlə ABŞ-da prezident seçkilərinə müdaxilə edib etməmələri barədə sual ünvanlanıb. Putin isə belə bir halın mümkün olmadığını söyləyib. FBI-da axtarılan rusiyalı zabitlər bunlardır:




DİGƏR XƏBƏRLƏR

Top