Gəncədə velo yürüşü keçirilib


Gəncədə velosiped yürüşü keçirilib.
Yeniavaz.com xəbər verir ki, Gəncə Səhər İcra Hakimiyyəti, "Regional İnkişaf" ictimai birliyi, Azərbaycan Velosiped İdmanı Federasiyası və "Gəncə-2019" İdman şəhəri layihəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirin məqsədi sağlam həyat tərzinin təbliği, regionlarda velosiped idman növünün təşviqi olub.
Veloyürüş Gəncə şəhər Dəmiryol vağzalından start götürüb  və Gəncə şəhər İcra Hakimiyyətinin önünədək  davam edib. Yürüşdə yüzlərlə Gəncə sakini iştirak edib.
Layihə çərçivəsində aztəminatlı ailələrin uşaqlarına velosiped hədiyyə edilib. Ümumilikdə 100 belə ailənin uşaqlarına velosiped hədiyyəsi nəzərdə tutulub.
Vüqar Nəbiyev

DİGƏR XƏBƏRLƏR

Top