Bakıda üç yeniyetmə gül toxumundan zəhərlənib

Bakıda üç yeniyetmə zəhərlənib.
Yeniavaz.com APA-ya istinadla xəbər verir ki, hadisə paytaxtın Qaradağ rayonunda qeydə alınıb. Rayon sakinləri, 2002-ci il təvəllüdlü Murad Nuruliyev, 2003-cü il təvəllüdlü Baloğlan Aslanov və 2004-cü il təvəllüdlü Elməddin Aslanovun zəhərlənməsi ilə bağlı rayon Prokurorluğuna məlumat daxil olub.
Araşdırmalar zamanı yeniyetmələrin naməlum şəraitdə gül toxumu yeyərək zəhərləndiyi məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Top