DİN Qobustanda baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb

Daxili İşlər Nazirliyi (DİN) Qobustan şəhərində baş vermiş ağır yol qəzası ilə bağlı məlumat yayıb.
DİN Mətbuat xidmətindən Yeniavaz.com-a verilən məlumata görə, oktyabrın 26-da saat 8 radələrində Qobustan şəhərinin ərazisində Sumqayıt şəhər sakini Samir Rufullayevin idarə etdiyi “VAZ-2107” və Ağsu rayon sakini Əhmədağa Rüstəmovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillər toqquşub.
Nəticədə hər iki sürücü hadisə yerində ölüb, avtomobillərdə olan 3 sərnişin xəstəxanaya yerləşdirilib.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

DİGƏR XƏBƏRLƏR

Top