20 ildən artıqdır vəzifədə olan yüksək çinli məmurlar - SİYAHI


Xəbər verdiyimiz kimi, ötən həftə Baş nazirin müavinləri Əli Həsənov və Hacıbala Abutalıbov tutduqları postu tərk etdilər. Hər iki yüksək rütbəli məmur pensiya yaşına çatmaqla bərabər, həm də 20 ildən artıq müddətdə yüksək vəzifələrdə çalışıblar. Prezident İlham Əliyev də  Əli Həsənovla görüşdə onun  21 ildir Baş Nazirin müavini vəzifəsində çalışmasına toxunub və daha sonra da onun bu addımının iqtidar komandasında təmsil olunan digər yoldaşlara da yaxşı bir örnək olacağını bidirib.
Yeniavaz.com xəbər verir ki, Əli Həsənov və Hacıbala Abutalıbovun istefalarından və Prezidentin açıqlamalarında sonra diqqətlər 20 ildən artıq müddətdə yüksək vəzifələrdə çalışan məmurlara yönəlib.
Maraqlı olacağını nəzərə alaraq  20 ildən artıq müddətdə yüksək vəzifələrdə çalışan məmuralrın siyahısını təqdim edirik.
- Azərbaycan Mərkəzi Kooperativlər İttifaqının ( "Azərittifaq") sədri Eldar Quliyev - 26 ildir bu vəzifədə çalışır
- Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadə - 25 ildir bu vəzifədə çalışır
- Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi Ramiz Zeynalov - 25 ildir bu vəzifədə çalışır
- Mədəniyyət naziri Əbülfəs Qarayev - 24 ildir nazir vəzifəsində çalışır
- Fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov - 24 ildir komitə sədri və nazir vəzifələrində çalışır
- Mərkəzi Bankın sədri Elman Rüstəmov - 24 ildir bu vəzifədə çalışır
- Naxçıvan Muxtar Respublikası Ali Məclisin sədri Vasif Talıbov - 24 ildir bu vəzifədə çalışır
- "Azərbaycan Hava Yolları" (AZAL) ASC-nin sədri Cahangir Əsgərov - 24 ildir bu vəsifədə çalışır

İlkin Uğur

DİGƏR XƏBƏRLƏR

Top