“Qəbələ” elektrik yarımstansiyası yenidənqurmadan sonra istismara verilib - FOTOLAR

Oktyabrın 28-də Qəbələ rayonunda 110/35/10 kilovoltluq “Qəbələ” elektrik yarımstansiyası yenidənqurmadan sonra istismara verilib.
Yeniavaz.com xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yarımstansiyada yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.
Dövlətimizin başçısı “Qəbələ” elektrik yarımstansiyasını və eyni zamanda, 110/35/10 kilovoltluq “Ağdaş” elektrik yarımstansiyasını işə salıb.

Prezidenti Qəbələ rayonunun Vəndam qəsəbəsində dekorativ gülçülük istixanası ilə də tanış olub.
Dövlət başçısına istixanada görülən işlərlə bağlı məlumat verilib.
Bildirilb ki, “AzRose” MMC xüsusi qızılgül növlərinin yetişdirilməsi üçün Qəbələ rayonunun Vəndam kəndində istixanaların quraşdırılması işlərinə 2017-ci ildən başlayıb. Qəbələ istixana kompleksinin yaradılmasında 90 illik holland təcrübəsinə malik “Bosman van Zaal” şirkətinin texnoloji yeniliklərindən istifadə olunub. Burada “Red Naomi”, “Avalanj”, “Talea”, “Aqua”, “Sweet Avalanj”, “Jumilia”, “Wow” və “London eye” kimi xüsusi qızılgül növləri yetişdirilir, yerli və xarici bazarlara satışa çıxarılması hədəflənir. Bu məhsullar bazara “Made in Azerbaijan” brendi ilə çıxarılacaq. Bundan məqsəd həm ölkəmizin adını beynəlxalq arenada uğurla təmsil etmək, həm də bu brend adı altında çeşidin çoxalmasına töhfə verməkdir.

Bu gün Qəbələ şəhərinin içməli su təchizatı və kanalizasiya sistemləri istifadəyə verilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev də tədbirdə iştirak edib.

Prezident İlham Əliyev “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Qəbələ filialının açılış mərasimində iştirak edib.
Filialda yaradılan şəraitlə tanışlıqdan sonra Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşüb.

DİGƏR XƏBƏRLƏR

Top