2017-ci ildə Roma Papası üçün nəzərdə tutulmuş helikopter yoxa çıxdı


Kolumbiyada Hərbi Hava Qüvvələrinə aid helikopter ölkə ərazisində radarlardan itib.
Yeniavaz.com xarici mətbuata istinadən xəbər verir ki, yoxa çıxan “Bell-412” tipli helikopter ölkənin Prezident Administrasiyasına məxsusdur.
Helikopterin göyərtəsində 2-si pilot, 4-ü texnik olmaqla 6 nəfər heyət üzvü olub.
Kolumbiya Müdafiə Nazirliyinin məlumatında, axtarışları davam edən helikopterin nə özünə, nə də dağıntılarına rast gəlinmədiyi bildirilir.
Qeyd edək ki, yoxa çıxan “Bell-412” tipli helikopter 2017-ci ildə Roma Papası Fransiskin Kolumbiyaya səfəri zamanı daxili uçuşları üçün təyin edilmişdir.
Firəngiz Quliyeva

DİGƏR XƏBƏRLƏR

Top